İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazında ABŞ təyyarəsinə raket atmasından sonra ABŞ qırıcı təyyarəsi İranın Qeşm adasında yerləşən zenit-raket stansiyasını məhv edib.
Korrekt.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Axios jurnalisti Barak Ravid amerikalı məmura istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə 3 noyabr çərşənbə axşamı gecəsi baş verib. İİKK Qeşm adasından Hörmüz boğazında ABŞ təyyarəsinə raket atıb.
Buna cavab olaraq, ABŞ qırıcı təyyarəsi raketin buraxıldığı zenit-raket sistemini məhv etdi. ABŞ rəsmisi ordunun hərəkətlərini özünümüdafiə kimi xarakterizə etdi.
Xatırladaq ki, bir müddət əvvəl “The Wall Street Journal” qəzeti ABŞ-ın Qeşm adasına endirdiyi zərbə barədə məlumat vermişdi.





















