image-1backend

Rusiya, Moldova əldən getdi – Rumıniya ilə elə bir sənəd imzaladılar ki…

image-ads-728x90

Moldova ilə Rumıniya arasında imzalanan yeni hərbi əməkdaşlıq sənədi iki ölkənin müdafiə sahəsində inteqrasiyasını daha da gücləndirən addım kimi qiymətləndirilir. Sənədə əsasən, tərəflər Avropa İttifaqının SAFE (Security Action for Europe) proqramı çərçivəsində hərbi texnikanın birgə satın alınmasını nəzərdə tuturlar. Beləliklə, Moldova Rumıniyanın hərbi təchizat layihələrində iştirak etmək imkanı əldə edir. Xatırladaq ki, Rımınıya NATO üzvüdür.

 “Nezavisimaya qazeta”nın yazdığına görə, noyabrın 2-də Moldovanın müdafiə naziri Anatoli Nosatı və Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea müvafiq saziş imzalayıblar. 

Picture backgroundMoldovanın müdafiə naziri Anatoli Nosatı bildirib ki, bu əməkdaşlıq ölkənin hərbi-logistik imkanlarını artırmaqla yanaşı, iki ordunun standartlarının yaxınlaşmasına və qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək. İlkin layihə çərçivəsində Moldova ordusu İtaliyanın IVECO şirkətinin istehsalı olan 62 hərbi yük avtomobili əldə edəcək.Məsələnin diqqətçəkən tərəfi odur ki, Rumıniya ilə Moldova arasında əməkdaşlıq yalnız texnikanın alınması ilə məhdudlaşmır. Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea iki ölkənin təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu bəyan edib. O, kəşfiyyat məlumatlarının mübadiləsinin, təhlükələrin birgə müəyyənləşdirilməsinin və əməliyyat imkanlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Buxarestin mövqeyinə görə, Moldova təhlükəsizliyi eyni zamanda Rumıniyanın təhlükəsizliyidir. Bu yanaşma iki ölkənin müdafiə sahəsində daha sıx koordinasiyaya keçmək niyyətini göstərir.

Digər mühüm istiqamət pilotsuz uçuş aparatlarına qarşı mübarizədir. Moldova hakimiyyəti hava məkanının qorunması üçün dronları zərərsizləşdirən sistemlərin əldə edilməsini prioritetlərdən biri hesab edir. Kişinyovun bu sahədə müasir texnologiyalara marağı Ukrayna müharibəsi fonunda hava təhlükəsizliyi məsələlərinin aktuallaşması ilə əlaqələndirilir.

Moldovanın hərbi baxımdan Rumıniyaya faktiki “birləşməsi” Prezident Maya Sandunun siyasi bəyanatları ilə də üst-üstə düşür. O, daha əvvəl ölkənin Rumıniyaya birləşməsi məsələsi referendumla gündəmə gətirilsəydi, bu qərarı dəstəkləyəcəyini açıqlamışdı.Sandu bu mövqeyini Rusiyadan qaynaqlanan təhlükəsizlik narahatlıqları ilə əsaslandırıb. Bununla belə, prezident etiraf edib ki, hazırda Moldovada iki ölkənin birləşməsini dəstəkləyən ictimai rəy kifayət qədər güclü deyil. Buna görə də hakimiyyətin əsas siyasi istiqaməti Avropa İttifaqına üzvlükdür. Moldovanın iqtisadi inkişaf və rəqəmsallaşma naziri Klaudiu Nesuy isə iki ölkənin birləşməsini dəstəklədiyini və bu prosesin artıq mahiyyət etibarilə baş verdiyini düşündüyünü bildirib.

Moldova ilə Rumıniyanın birləşməsi məsələsi artıq təkcə tarixi və milli kimlik müzakirəsi deyil, həm də təhlükəsizlik və geosiyasi seçim mövzusuna çevrilir. Prezident Maya Sandunun son açıqlamaları bu ehtimalı yenidən beynəlxalq gündəmə gətirib. Noyabrın 2-də Macarıstanın “Válasz Online” nəşrinə müsahibəsində Sandu bildirib ki, ölkəsinin təhlükəsizliyi naminə Rumıniya ilə birləşmə variantını dəstəkləyə bilər. Onun sözlərinə görə, Rusiya sərhədlərə yaxınlaşarsa, Moldova öz təhlükəsizliyini təmin etmək üçün hətta qeyri-adi görünən qərarları da nəzərdən keçirməli olacaq. Sandu açıq şəkildə bildirib ki, referendum keçirilsə, Rumıniya ilə birləşməyə səs verərdi. O, Rumıniyanı demokratik dövlət adlandıraraq, bu ölkənin tərkibində Moldova vətəndaşlarının azadlıqlarının qorunacağını vurğulayıb.

Bu, Sandunun ilk belə bəyanatı deyil. O, 2026-cı ilin yanvarında da referendum keçiriləcəyi təqdirdə birləşməyə səs verəcəyini açıqlamışdı. Prezident həmin vaxt kiçik dövlətlərin öz suverenliyini və təhlükəsizliyini qorumasının getdikcə çətinləşdiyini əsas gətirmişdi.

Румыния: «Мы не собираемся завоевывать или оккупировать Молдавию» - ИА  REGNUM

Bəs, Moskvanı narahat edən əsas məsələ nədir?

Burada Rusiyanın maraqlarına toxunan bir neçə mühüm məqam var. Birincisi, Moldova konstitusiyada təsbit olunmuş neytral dövlət statusuna malikdir. İkincisi, ölkənin müdafiə strategiyasında Rusiya hərbi kontingentinin Dnestryanı bölgədə mövcudluğu təhlükəsizlik təhdidi kimi göstərilir. Üçüncüsü, Kişinyov NATO ölkələri ilə hərbi əməkdaşlığını genişləndirir, Qərb dövlətlərinin iştirakı ilə təlimlər keçirir. İndi isə Rumıniya ilə birgə hərbi satınalma və orduların qarşılıqlı fəaliyyət imkanlarının artırılması istiqamətində konkret mexanizm yaradılır. SAFE proqramının ümumi maliyyə həcmi 150 milyard avrodur. Moldova bu mexanizmdən Aİ üzvü olan Rumıniya ilə tərəfdaşlıq vasitəsilə yararlanır. Bu isə Kişinyovun müdafiə modernləşməsini Avropa hərbi-sənaye sistemi ilə əlaqələndirir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki