image-1backend

Avropanın 7 ölkəsində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı

image-ads-728x90

Avropanın azı yeddi ölkəsində supermarketlərin soyuducu sistemlərinə edilən kiberhücum nəticəsində böyük həcmdə ərzaq məhsulu yararsız hala düşüb. İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği on milyonlarla avro ola bilər.

TASS-ın məlumatına görə, hadisə noyabrın 2-nə keçən gecə baş verib. Hücumlar Belçika, Lüksemburq, İsveç, Finlandiya, İrlandiya, Niderland və Estoniyadakı supermarketlərə təsir göstərib.

Məlumata əsasən, hücum edənlər soyuducu avadanlıqların temperatur göstəricilərini məsafədən dəyişdirərək yüksəldiblər. Nəticədə ərzaq məhsulları korlanaraq istifadəyə yararsız hala düşüb.

Hadisələr Belçikada kiberhücum kimi qiymətləndirilib. Bu ölkədə və Lüksemburqda “Delhaize”, “Spar” və “Carrefour” ticarət şəbəkələrinin mağazaları zərər çəkib. İsveçdə isə “ICA” və “Coop” supermarket şəbəkələrində problemlər qeydə alınıb. Bəzi dondurucu kameralarda temperaturun müsbət 50–55 dərəcəyədək yüksəldiyi bildirilir.

İrlandiyada “SuperValu” şəbəkəsinin 13 supermarketinin hücuma məruz qaldığı qeyd olunur. Niderlandda “Danfoss” şirkətinin istehsalı olan soyuducu avadanlıqlara müdaxilə edildiyi, Finlandiyada isə “K Group” supermarketlər şəbəkəsində oxşar hadisələrin baş verdiyi bildirilir.

Estoniyada “Selver” supermarketlər şəbəkəsi də hücumların hədəfi olub. Bu ölkədəki hadisələrin də “Danfoss” avadanlıqları ilə əlaqəli olduğu qeyd edilir.

Məlumata görə, oktyabr ayında Fransada da oxşar hadisə baş verib. Naməlum şəxslər ölkədəki müxtəlif ticarət şəbəkələrinə məxsus yüzlərlə mağazada soyuducu və dondurucu kameraların temperaturunu yüksəldə biliblər.

Hadisələr nəticəsində dəymiş ziyanın dəqiq məbləği hələlik açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki