image-1backend

Generalın qardaşı oğlunun idarəsində əməliyyat – Həbs edilən var

image-ads-728x90

Gəncədə saxlanılan vergi müfəttişi həbs olunub.

Korrekt.az bildirir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı olan Alıyev Rüfət Famlet oğlu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsilə cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən R. Alıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.

Məhkəmənin 29 oktyabr tarixli qərarı ilə Rüfət Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin məlumata görə, o, həmin qətimkan tədbirindən apellyasiya şikayəti verib.

***02.10.26  21:15

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.

Korrekt.az “Bakupost”a istinadla xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı bildirilir.

Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.

“Qafqazinfo”nun məlumatına görə,  idarənin rəisi Bəylər Eyyubovun qardaşı oğlu Şahin Eyyubovdur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki