image-1backend

ABŞ İranla müharibəni dayandırmayacaq:  Senatı  qətnaməni rədd etdi

image-ads-728x90

ABŞ Senatı İranla münaqişəyə son qoyulmasını nəzərdə tutan qətnaməni rədd edib.

Korrekt.az xəbər verir ki, sənəd daha əvvəl Nümayəndələr Palatasında qəbul edilib və prezident Donald Trampa İranla bağlı hərbi əməliyyatları dayandırmaq tövsiyə olunub.

Səsvermə zamanı respublikaçı senatorların əksəriyyəti prezident Trampın mövqeyini dəstəkləyib. Bununla belə, Respublikaçılar Partiyasının dörd üzvü münaqişənin dayandırılmasının tərəfdarı olub.

Nümayəndələr Palatası analoji qətnaməni iyulun 23-də qəbul etmişdi. Sentyabrın 16-da isə palata Trampdan İranla münaqişəni dayandırmağı tələb edən daha bir qətnaməni təsdiqləyib. Sənədin lehinə 220 konqresmen, əleyhinə isə 204 konqresmen səs verib.

Senatın son qərarı qətnamənin qanunvericilik baxımından irəliləməsinə imkan verməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki