ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İsrailə sui-qəsd hədəfi olmamalı olan 5-10 yüksək vəzifəli İran rəsmisinin siyahısını təqdim etdiyi açıqlanıb. Korrekt.az xəbər verir ki, bu barədə İsrailin “Channel 14” telekanalı xəbər verib.
Məlumata görə, Vaşinqton həmin şəxslərin İranın gələcək siyasi strukturunda mühüm rol oynaya biləcəyini düşünür. Bildirilir ki, ABŞ kəşfiyyatı İranın hazırkı hakimiyyət strukturu daxilində gələcəkdə ölkənin idarə olunmasında iştirak edə biləcək fiqurları müəyyənləşdirir.
ABŞ administrasiyası bu iddia ilə bağlı hələlik rəsmi açıqlama verməyib. “Channel 14”un məlumatında siyahıya daxil edilən şəxslərin adları da açıqlanmayıb.





















