image-1backend

“ABŞ və İran arasında buzlar əriyir, sülhə doğru mühüm addımlar atılır” – Politoloq

image-ads-728x90

“İran və ABŞ arasında artıq müəyyən mənada buzlar əriyir. ABŞ prezidentinin son açıqlamaları onu deməyə əsas verir ki, Vaşinqton və Tehran arasında mühüm danışıqlar aparılır”. –  bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, artıq İsrail bu danışıqlardan və prosesdə tərəf olmaqdan müəyyən qədər uzaqlaşdırılıb.

“Donald Trampın son açıqlamasında Benyamin Netanyahuya mümkün hərbi hücumlarla bağlı məsuliyyət daşıdığı mesajı verildi. Bu isə onu göstərir ki, İsrail hər hansı bir hücum həyata keçirərsə, bunun müəyyən nəticələri və cəzaları ola bilər”, – deyə o qeyd edib.

Arzuman Muradlı hesab edir ki, hadisələrin hazırkı gedişi tərəflər arasında müəyyən razılaşmanın əldə olunduğunu göstərir:

“İndi Tehran və Vaşinqton bu danışıqları rəsmi sənəd şəklində masaya gətirməlidir. Dünyaya sülh lazımdır. Hesab edirəm ki, bu sülhə nail olmaq mümkündür”, – deyə politoloq vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki