image-1backend

“ABŞ və İranın razılaşacağı hələ də sula altındadır” -Arzuman Muradlı

image-ads-728x90

“ABŞ ilə İran arasında aparılan danışıqlar nəticəsində 14 maddədən ibarət niyyət protokolu hazırlanıb. Sənəd tərəflər arasında gələcək əməkdaşlıq üçün çərçivə yaratsa da, onun tam şəkildə icra ediləcəyi hələ də sual altındadır.” – bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında  bildirib.

Politoloq qeyd edib ki, sənədin əsas istiqamətlərindən biri İranın nüvə proqramı ilə bağlı öhdəlikləridir.

“Protokola əsasən, İran nüvə silahının hazırlanması istiqamətində fəaliyyət göstərməməli və bu sahədə beynəlxalq nəzarət mexanizmləri ilə əməkdaşlıq etməlidir. Digər mühüm məsələ Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasıdır. Bunun üçün boğazdan keçən gəmilərin təhlükəsiz hərəkətini koordinasiya edəcək rabitə mexanizminin yaradılması nəzərdə tutulur. Sənəddə İsrail–Livan istiqamətində gərginliyin azaldılması da yer alır. Bu məqsədlə beynəlxalq vasitəçilərin iştirakı ilə koordinasiya qrupu yaradılması planlaşdırılır. Bununla yanaşı, bölgədə tərəflərin verdiyi ziddiyyətli bəyanatlar razılaşmanın icrası ilə bağlı suallar doğurmaqda davam edir.”– deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, protokolda İranın xaricdə dondurulmuş maliyyə aktivlərinin mərhələli şəkildə açılması, neft və neft-kimya sektorunda məhdudiyyətlərin yumşaldılması, həmçinin ölkənin iqtisadi bərpasına yönəlmiş iri həcmli investisiya layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.

“Bununla belə, sənəd hüquqi baxımdan yekun sülh sazişi deyil, niyyət protokolu xarakteri daşıyır. Son günlərdə verilən qarşılıqlı açıqlamalar və bölgədə davam edən gərginlik göstərir ki, razılaşmanın tam reallaşması üçün tərəflər arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki