“Bavariya” Almaniya millisinin müdafiəçisi Nataniel Braunun transferi üçün “Ayntraxt” (Frankfurt) klubu ilə razılığa gəlib.
Korrekt.az xəbər verir ki, Münhen təmsilçisi bu keçidə görə Frankfurt klubuna 55 milyon avro ödəyəcək. Tərəflər arasında razılaşma tam başa çatıb və transferin rəsmiləşdirilməsi üçün son prosedurlar həyata keçirilir.
Qeyd edək ki, Nataniel Braun “Bavariya”nın bu yay gerçəkləşdirdiyi ikinci transferdir. Bundan əvvəl klub İsmayıl Saibarinin keçidi üçün PSV ilə ümumi dəyəri 55 milyon avro olan razılıq əldə etmişdi.
Bildirilir ki, “Bavariya” bir neçə həftə əvvəl Nataniel Braunla şəxsi müqavilə şərtlərində də razılığa gəlmişdi.





















