Ağcabədi rayonunda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə rayon ərazisində aparılan təmir-bərpa işləri zamanı qeydə alınıb. “Azərişıq” ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub.
O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./APA





















