image-1backend

“Təl-Əvivin bu addımı iki ölkə arasında münasibətlərə ciddi zərbə vuracaq”- Arzuman Muradlı

image-ads-728x90

“İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə təqdim etməsi Azərbaycanla münasibətlərə zərər verəcək. Hesab edirəm ki, rəsmi Təl-Əvivin bu addımı iki ölkə arasında münasibətlərə ciddi zərbə vuracaq”.

Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı deyib.

Politoloqun sözlərinə görə, rəsmi Təl-Əviv bu qərarı münasibətlərin həssas olduğu bir dövrdə qəbul edib.

“İsrail bu qərarı ilə ilk növbədə dialoqu genişləndirdiyi Ermənistanın baş naziri Nikol Paşinyana ayı xidməti göstərib. Paşinyan erməni cəmiyyətində “erməni soyqırımı” mövzusunu gündəmdən çıxarmağa çalışdığı halda, İsrailin bu addımı onu devirməyə çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin mövqeyini gücləndirib.
Eyni zamanda, İsrail hökuməti bu qərarı ilə tərəfdaş adlandırdığı Azərbaycanı da çətin vəziyyətə salıb. Türkiyənin strateji müttəfiqi olan Azərbaycan rəsmi Təl-Əvivin bu qərarını pisləmək məcburiyyətində qala bilər.
Əlbəttə, bu “tanınmanın” praktiki baxımdan heç bir təsir gücü yoxdur və zaman keçdikcə digər oxşar qərarlar kimi unudulacaq. Lakin hazırkı şəraitdə belə bir qərar bölgədə sülh və əməkdaşlıq istəyən qüvvələrin deyil, əksinə, gərginliyin davam etməsində maraqlı olan dairələrin mövqeyini gücləndirəcək”, – deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki