image-1backend

ABŞ-ı məğlub edən Türkiyə millisi mundialla vidalaşdı

image-ads-728x90

Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.

Korrekt.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında “ay-ulduzlular” 3:2 hesablı qələbəyə seviniblər.

Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.

Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki