Uzun müddətdir Peşəkar Futbol Liqasının fəaliyyəti ilə bağlı müzakirələr davam edir.
Məlumata görə, AFFA-da PFL-in gələcəyi ilə bağlı iclas keçirilib və iki əsas məsələ müzakirə olunub.
İlk müzakirə olunan məsələ PFL-in tamamilə ləğvi ilə bağlıdır. Bu qurumun ləğvi gerçəkləşəcəyi halda AFFA-nın tərkibində Yarışların Təşkili Departamentinin yaradılması gözdən keçirilir.
Digər müzakirə olunan məsələ isə PFL-də prezident dəyişikliyi ilə bağlıdır. Belə ki, AFFA PFL-in prezidenti vəzifəsinə Hakimlər Departamentinin sədri Bəhruz Teymurovun gətirilməsini istəyir.
Yəni, AFFA PFL qarşısında şərt qoyub – ya qurum ləğv olunsun, ya prezident dəyişikliyi həyata keçirilsin.
Yekun qərarın yeni mövsümün əvvəlinə qədər verilcəyi gözlənilir.Xitab24.az





















