image-4backend

Ağstafada şəhidlərimizin ailə üzvləri ilə növbəti görüş təşkil olunub

image-ads-728x90

Ağstafa şəhəri, Səməd Vurğun adına istirahət parkında çay süfrəsi ətrafında keçirilən görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən RİH başçısı bildirib ki, bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin ən ali istiqamətlərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman şəhidlərimizin xatirəsi daim ehtiramla yad olunur, onların bizə əmanəti olan ailə üzvlərinin rifahının yüksəldilməsi, sosial problemlərinin həlli məqsədi ilə bütün zəruri tədbirlər qətiyyətlə icra olunur.

Şəhid anaları, Aybəniz Əhmədova, Afət Namazova və şəhid atası Elsevər İmaməliyev çıxışlarında dövlətimizin hər zaman həssas kateqoriyadan olan vətəndaşlarına göstərdiyi xüsusi qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Bidlirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixində imzaladığı Sərəncamla 35 nəfər ağstafalı şəhidimizin ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması da qeyd olunanlara bariz nümunədir.

Görüşdə Seymur Orucov bu gün doğum gününü qeyd edən şəhid anası Şəhla Quliyevaya gül dəstəsi təqdim edib, Ağstafanın ictimai-siyasi həyatında fərqləndiyinə görə Köçəsgər kənd sakini, Qiyasov Habil Nadir oğlunu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.

Sonda xatirə şəkli çəkdirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki