Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinə sel gəlib.
Korrekt.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb.
Belə ki, sel kəndarası yollarda çətinliklər yaradıb. Arxları daşıb. Sel suları sakinlərin həyətyani sahələrinə dolub. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Əraziyə ağır texnikalar cəlb olunub. Arxların təmizlənməsi işləri aparılır.























