Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ankara Rusiya və Ukrayna arasında sülh danışıqlarının yenidən başlaya bilməsi üçün İstanbul platformasını bir daha təqdim etməyə hazırdır.
Korrekt.az xəbər verir ki, nazir bildirib ki, tərəflərin danışıqlar masasını tərk etməməsi xüsusi əhəmiyyət daşıyır:
“Bir çox məsələlərdə birbaşa dialoqun effektiv nəticə verdiyini gördük və Cenevrədə yeni perspektiv formalaşıb. Müzakirə platformasının qorunması vacibdir. Türkiyə İstanbulda tərəflərə danışıqlar üçün yenidən platforma təqdim etməyə və prosesi dəstəkləməyə hazırdır. Tərəflərin masa arxasında qalması zəruridir”, – Hakan Fidan vurğulayıb.





















