image-1backend

Ankara sammiti: Türkiyənin hərbi və diplomatik gücü diqqət mərkəzində – Deputat ŞƏRH EDİR

image-ads-728x90

NATO-nun Ankarada keçirilən sammiti təkcə növbəti zirvə görüşü deyil, həm də müasir beynəlxalq təhlükəsizlik sistemində Türkiyənin artan strateji rolunu, Türkiyənin alyansın təhlükəsizlik sistemində tutduğu xüsusi yerini bir daha təsdiqləmiş oldu.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Bu gün Türkiyə NATO-nun birləşdirici qüvvəsidir. İstər Yaxın Şərqdə, istər İran istiqamətində, istər Mərkəzi Asiyada, istər Cənubi Qafqazda, istərsə də Avropanın şərqində Türkiyə amili mühüm əhəmiyyət kəsb edir. Məhz bu geosiyasi reallıq Türkiyəni NATO-nun gələcək təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsinə çevirir.

ABŞ Prezidenti Donald Trampın “əgər başqa yerdə olsaydı, getməzdim” deməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana böyük hörmət bəslədiyini ifadə etməsi də Türkiyənin NATO daxilindəki rolunun göstəricisidir.

Son illərdə Ankaranın həyata keçirdiyi fəal xarici siyasət, güclü müdafiə sənayesi və regional böhranların həllində oynadığı rol Türkiyənin beynəlxalq nüfuzunu daha da artırıb. Türkiyə bu gün NATO-nun əsas dayaqlarından və əsas qoruyucu qüvvələrindən biridir.

Türkiyəsiz NATO-nun mövcudluğu ilə bağlı risklər artıq Avropa ölkələri tərəfindən də getdikcə daha yaxşı başa düşülür. Bütün bunlar rəsmi Ankaranın həyata keçirdiyi fəal xarici siyasətin, güclü ordunun və geosiyasi məsələlərdə ortaya qoyduğu prinsipial mövqenin nəticəsidir. Başqa sözlə, Türkiyə artıq NATO-nun sadəcə coğrafi üstünlüyə malik üzvü deyil, alyansın gələcək strategiyasına təsir göstərə bilən siyasi və hərbi mərkəzlərdən biridir. Ukrayna savaşı bu rolu daha da görünən edir.

Türkiyə bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən Rusiya ilə kanalları tam bağlamır. Taxıl sazişi təcrübəsi, əsir mübadilələri və İstanbul danışıqları göstərdi ki, Ankara müharibə tərəfləri arasında danışıq imkanını qoruyan nadir aktorlardandır.

NATO-nun Ukraynaya dəstəyi artırdığı bir mərhələdə Türkiyənin bu balanslı mövqeyi Qərb üçün də faydalı diplomatik alətə çevrilir. NATO-nun Ankara sammiti, sadəcə, hərbi strategiyaların müzakirə edildiyi növbəti bir iclas olmadı. Bu sammit müdafiə sənayesindəki sanksiyaları və ticarət maneələrini aşmağa çalışan Türkiyənin, yeni qlobal hərbi-maliyyə sistemi təklif edən Kanadanın və öz təhlükəsizlik taleyini daha çox öz çiyinlərinə götürən Avropanın ortaq gələcək axtarışı oldu.

Qəbul edilən tarixi qərarlar qarşıdakı onilliklərdə qlobal təhlükəsizlik xəritəsini yenidən cızacaq və Ankara bu yeni nizamın elan olunduğu mərkəz kimi yaddaşlarda qalacaq. Ankara sammiti bu baxımdan təkcə NATO üçün deyil, Türkiyənin beynəlxalq mövqeyi üçün də dönüş nöqtəsi oldu.

Sammit göstərdi ki, qlobal təhlükəsizlik mühiti sərtləşdikcə, Türkiyənin həm hərbi gücünə, həm diplomatik manevr imkanına, həm də coğrafi mövqeyinə ehtiyac artır. Bu isə Ankaranı Avroatlantik sistemin kənarında dayanan tərəfdaş deyil, onun gələcək istiqamətlərini müəyyən edən əsas oyunçulardan birinə çevirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki