Əməkdar artist İlkin Əhmədov “Məcnun” rolunu artıq ifa edə bilmədiyini deyib.
Xanəndə bununla bağlı özünə qadağa qoyduğunu bildirib.
O, bu barədə “Qonaqcanlı” proqramında danışaraq obrazın çətinliyindən söz açıb:
“Demişəm ki, 50 yaşımdan sonra Opera və Balet Teatrında bəzi rolları ifa edəcəyəm, bəzilərini isə yox. “Məcnun” rolunu artıq ifa edə bilmirəm. Bu, asan rol deyil, məsuliyyəti və ağırlığı böyükdür. Hər yaşda, hər kəs bu obrazı oynaya bilməz. Müəyyən vaxta qədər enerjim, gücüm var idi və ifa edirdim. İndi edə bilmirəm. Hazırda Mənsum İbrahimov bu obrazı gənclərdən daha yaxşı ifa edir. Bəziləri özündə bu gücü tapa bilmir, mən də onlardanam. Dörd böyük muğam tamaşasının əsas obrazlarını ifa etmişəm. Məsələn, 50 yaşdan sonra “Məcnun”un atasını, Kərəmin atasını oynaya bilərəm. Şeyx, müəllim obrazlarını ifa edərəm. Bundan sonra qərarımı vermişəm – Məcnun kimi görünməyəcəyəm”. (Axşam.az)





















