image-1backend

Arzuman Muradlı: “ABŞ-İran qarşıdurmasının əsas qazananı ABŞ-dır”

image-ads-728x90

Politoloq Arzuman Muradlı ABŞ-İran qarşıdurmasının Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirdiyini bildirib. O, saytımıza açıqlamasında qeyd edib ki, regionda davam edən müharibə ilk növbədə Yaxın Şərq ölkələrinin maraqlarına ziddir.

Politoloqun sözlərinə görə, bu müharibədən ən çox qazanan tərəf ABŞ-dır:

“ABŞ Yaxın Şərqdən çox uzaqdır. Müharibə zamanı bu ölkənin infrastrukturuna heç bir zərər dəymir. Hətta ABŞ əhalisinin böyük bir hissəsinin bu müharibədən xəbəri belə olmaya bilər. Amma region ölkələri, xüsusilə İran və ərəb dövlətləri ciddi itkilərlə üzləşirlər.”

Arzuman Muradlı bildirib ki, iqtisadiyyatı əsasən neft gəlirlərindən asılı olan ərəb ölkələri hazırda çətin vəziyyətdədir. Onun fikrincə, müharibənin yaratdığı qeyri-sabitlik enerji bazarına da ciddi təsir göstərir.

“ABŞ həm öz neftini, həm də ərəb ölkələrindən daha ucuz qiymətə aldığı nefti dünya bazarında istədiyi qiymətə sata bilir. Bu baxımdan, iqtisadi üstünlük daha çox ABŞ-ın tərəfindədir.”

Politoloq hesab edir ki, hazırkı qarşıdurma Yaxın Şərq ölkələri üçün müsbət perspektiv vəd etmir:

“Bir sözlə, bu savaş Yaxın Şərq ölkələrinə yaxşı gələcək vəd etmir. Ən böyük itkiləri region dövlətləri verir, əsas qazanan isə ABŞ olur.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki