image-1backend

Arzuman Muradlı: “Kreml Cənubi Qafqazda gərginliyin artmasında maraqlıdır”

image-ads-728x90

Rəsmi Kreml yenə də əvvəlki siyasətini davam etdirir. Son günlər Rusiyanın dövlət televiziyalarında və Kremlin təbliğat resurslarında Azərbaycana qarşı təxribat xarakterli məlumatların yayılması müşahidə olunur.

Korrekt.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.

Politoloqun sözlərinə görə, yayılan təxribat xarakterli materiallar təkcə Azərbaycanı hədəf almır, ümumilikdə Cənubi Qafqazda gərginliyin artırılmasına xidmət edir.

“Bu gün Kremlin informasiya resursları Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Burada əsas məqsəd regionda gərginliyi saxlamaqla təsir imkanlarını və güc balansını qorumaqdır. Mütəmadi olaraq təxribat xarakterli materiallar yayan Rusiya mediası mövcud gərginliyin davam etməsində maraqlıdır”, – deyə Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, Kreml artıq Cənubi Qafqazda yeni siyasi reallıqları nəzərə almalıdır.

“Artıq Kreml anlamalıdır ki, Cənubi Qafqaz ölkələri müstəqil siyasət yürüdür və əvvəlki təsir imkanları ciddi şəkildə zəifləyib”, – deyə Arzuman Muradlı vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki