image-1backend

Arzuman Muradlı: Kremlin   Cənubi Qafqaza müdaxilə imkanları xeyli məhdudlaşıb

image-ads-728x90

“Bir zamanlar Rusiyanın bu bölgələrə təsir göstərmək imkanları daha geniş idi. Lakin hazırda dünyada baş verən proseslər fonunda Moskvanın Mərkəzi Asiya və Cənubi Qafqaza müdaxilə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb”.

image-1

Bu fikirləri politoloq Arzuman Muradlı səsləndirib.

Onun sözlərinə görə, Rusiyanın adıçəkilən bölgələrdə gedən proseslərdən narahat olması üçün kifayət qədər əsaslar mövcuddur:

“Bu, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin artıq Rusiyanın birmənalı təsir dairəsində qalmaq ənənəsi ilə açıq şəkildə barışmamaları ilə bağlıdır. Hər iki regionun dövlətləri Rusiyadan asılı olmamaq və dünya ilə daha açıq siyasət aparmaq kursu götürüblər. Burada ənənəvi olaraq Azərbaycanın müstəqil siyasət kursu xüsusi qeyd olunmalıdır. Ermənistan da son illərdə Rusiyanın təsirindən uzaqlaşma istiqamətində addımlar atır. Mərkəzi Asiya ölkələrində isə Rusiyanın zəifləməsi fonunda Qərbə yönəlik siyasi reveranslar güclənməkdədir”.

Politoloq hesab edir ki, Moskva bu bölgələri itirmək təhlükəsi ilə üz-üzədir və qarşıdakı dövrdə hansı addımları atacağı sualı qarşısında qalıb:

“Rusiya proseslərin qarşısını almaq üçün müxtəlif – həm gözlənilən, həm də gözlənilməz addımlar atmağa hazırdır. İstisna deyil ki, söhbət gedən respublikalara qarşı daha sərt addımların atılması ilə bağlı planlar hazırlanır. Lakin bu planları həyata keçirmək üçün Rusiyanın gücü və təsir imkanları 10-15 il əvvəlki səviyyədə deyil. Bu səbəbdən bir sıra planlar kağız üzərində qala bilər. Bununla belə, təzyiq rıçaqları hələ də mövcuddur və Rusiya müəyyən təzyiq mexanizmlərindən istifadə etməyə çalışacaq”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki