image-media-media-1-tisa2vxb0oge3k8m165y-0tmxcvs58wk23oz1gehlbackend

Arzuman Muradlı: “Paşinyan Rusiyaya buna görə dəvət edilib “

image-ads-728x90

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri həm Moskvada, həm də İrəvanda diqqətlə izlənilir.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Paşinyanın Yekaterinburqda keçiriləcək “INNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirakı formal xarakter daşıyır və səfərin əsas məqsədi siyasi mesaj verməkdir.

Politoloqun sözlərinə görə, Kreml Paşinyanın Ermənistanın xarici siyasət kursu ilə bağlı son mövqeyini öyrənmək istəyir.

“Paşinyan seçkidən sonra Rusiyaya gedib. Bu, İrəvanda da birmənalı qarşılanmayıb. Onun son qərarı həm Moskvada, həm də Ermənistanda böyük maraqla gözlənilir. Paşinyan Yekaterinburqda ‘INNOPROM-2026’ sərgisində iştirak edəcək. Ancaq hesab edirəm ki, sərgi sadəcə bəhanədir. Kreml Paşinyandan son cavabı gözləyir. Artıq bir müddət əvvəl Paşinyan açıq şəkildə etiraf etmişdi ki, İrəvan daha açıq yol hesab etdiyi Qərbə doğru irəliləyir. Təbii ki, səfər çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə bu məsələlər gündəmə gələcək və Paşinyan Moskvanın suallarına aydın cavab verməli olacaq”, – deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Paşinyanın Rusiya səfəri Ermənistanın həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı gələcək siyasəti baxımından mühüm əhəmiyyət daşıyır.

Onun fikrincə, Paşinyan Qərblə münasibətləri inkişaf etdirməyə çalışsa da, Rusiya ilə əlaqələri tam qoparmaq niyyətində deyil və hazırda balanslı siyasət yürütməyə üstünlük verir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki