image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Arzuman Muradlı: “Putinin məqsədi Rusiya torpaqlarını yenidən birləşdirməkdir”

image-ads-728x90

“Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədi və missiyası “Rusiya torpaqlarını toparlamaqdır”. – Bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Putin bu niyyətini hələ 2022-ci ilin iyun ayında gənc sahibkarlarla görüşü zamanı açıq şəkildə ifadə edib:

“Putin həmin görüşdə özünü I Pyotrla müqayisə edərək bildirmişdi ki, ‘Pyotr Rusiya torpaqlarını toparladı və dövləti gücləndirdi, indi isə bu missiya bizim üzərimizə düşüb’. Bu, Rusiyanın özününkü hesab etdiyi əraziləri yenidən vahid dövlət altında birləşdirmək niyyətini açıq şəkildə göstərir.”

Arzuman Muradlı qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın məqsədləri ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir:

“Çox təəssüf ki, Kreml Azərbaycanı da tarixi Rusiya torpaqları kimi görür. Ukraynanın apardığı müharibə yalnız öz müstəqilliyi uğrunda deyil, həm də keçmiş sovet respublikalarının təhlükəsizliyi naminə aparılan mübarizədir. Rusiya bu müharibədə nə qədər zəifləsə, gələcəkdə müstəqil dövlətlərə qarşı yeni avantüralara əl atmaq ehtimalı da bir o qədər azalacaq. Bu baxımdan Ukraynaya dəstək göstərilməsi tamamilə təbiidir. Hətta hesab edirəm ki, bəzi dövlətlər öz imkanlarından daha az yardım edirlər.”
Politoloq vurğulayıb ki, keçmiş SSRİ respublikalarını yenidən vahid siyasi məkan altında birləşdirmək planında Ukrayna həlledici rol oynayır:
“Zbiqnev Bjezinski də yazırdı ki, Ukraynasız Rusiya Avrasiya imperiyası ola bilməz, yalnız Asiya dövləti kimi qalacaq. Buna görə də Ukraynanın mübarizəsi təkcə bugünkü deyil, həm də tarixi əhəmiyyət daşıyan bir mübarizədir.”
Arzuman Muradlının sözlərinə görə, Putin SSRİ-ni əvvəlki formada bərpa etmək niyyətində olmasa da, keçmiş sovet məkanını Rusiyanın rəhbərliyi altında yeni siyasi modeldə birləşdirmək istəyir:
“Putin hesab edir ki, bu yolla Rusiya yenidən dünya siyasətində həlledici söz sahibinə çevrilə bilər. Lakin Ukraynaya qarşı başladığı müharibə Rusiyaya ağır hərbi, siyasi və iqtisadi zərbələr vurub. Bu yaraların qısa müddətdə sağalması mümkün görünmür. Bununla belə, keçmiş ittifaq respublikaları üçün təhlükə hələ də qalmaqdadır.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki