image-1backend

Asif Kərimovun 60 illik yubiley konserti keçirildi: skripkada sonuncu ifa…

image-ads-728x90
Mayın 22-də Heydər Əliyev Sarayında tanınmış musiqiçi Asif Kərimovun 60 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

“Xəbərsiz” xəbər verir ki, musiqi gecəsi “Bu gecə” adlı ifanın xor şəklində səsləndirilməsi ilə başlayıb.

Daha sonra sənətçinin həyat və yaradıcılığından bəhs edən videomaterial tamaşaçılara təqdim olunub. Konsertin aparıcısı Azər Süleymanlının təqdimatı ilə səhnəyə Fərqanə Qasımova dəvət olunub.

Onun çıxışından sonra dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımov səhnəyə çıxaraq yubliyarı təbrik edib və sözləri Tofiq Bayrama, musiqisi Asif Kərimova məxsus olan “Cavanlığım” mahnısını ilk dəfə Heydər Əliyev Sarayında ifa edib.

Konsert proqramında musiqiçinin yaradıcılığında mühüm yer tutan əsərlər ifa edilib.

Bütün mahnıların notlara köçürülərək peşəkar musiqiçilər tərəfindən səsləndirildiyi gecədə Samir Cəfərov, Mətanət İsgəndərli, Elnarə Abdullayeva, Vasif Məhərrəmli, Lalə Məmmədova, Sahib İbrahimov, Kəmalə Qaramollayeva, Samira AliMaryam, Sevda Ələkbərzadə, İlqar Quliyev, Mirələm Mirələmov, Səbinə Ərəbli və Amil Həsənoğlu çıxış ediblər.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan gecə diqqətçəkən məqamlarla yadda qalıb.

“Cavanlığım”, “Qoyma gəldi”, “A bülbül”, “Dünya”, “Bakılı qız”, “Sus-sus”, “Gələn deyiləm”, “Vətənimə qurban”, “Eşq”, “Mehman olaydım”, “Sənsiz”, “Fərhad”, “Qaytar”, “Axtarma məni”, “Gecədən sübhədək”, “Ömrün Allahı sevgidir” və “Turan torpağı” kimi sevilən ifaların səsləndirildiyi konsertdə Asif Kərimov sonuncu dəfə skripkada ifa edib.

Sənətçi Sevda Ələkbərzadə və İlqar Quliyevin xahişi ilə “Ömrün Allahı sevgidir” ifasını müşayiət etmək üçün 31 ildən sonra yenidən skripkaya müraciət edib.

Gecənin sonunda 20 il bundan öncə Asif Kərimov tərəfindən bəstələnən “Turan torpağı” əsəri bir qrup ifaçı tərəfindən səsləndirilib.

Konsertdən maraqlı anları təqdim edirik:

                  



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki