Məktəbdə attestat qiyməti “3” olan abituriyent imtahanda 500-700 arası bal toplayır. Amma məktəbi əlaçılıqla (“5”-lə) bitirən 513 şagird imtahanda 200 balı belə keçə bilmir. 32-si hətta 100 balı keçməyib.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eksperti Əmrah Həsənli bildirib. O əlavə edib ki, ən çox sıfır bal toplayanlar Riyaziyyat, Coğrafiya və Kimya fənləri üzrədir:
“Bu nə deməkdir? Bu o deməkdir ki, məktəblərdəki qiymətləndirmə reallığı əks etdirmir, şagird məktəbdən qopub fərdi hazırlığa köklənib, dəqiq elmlərdə isə analitik təfəkkür yox, əzbərçilik hökm sürür”.






















