image-1backend

Avropa Parlamentində şok görüntü: Çılpaq Trampın qızıl heykəli nümayiş etdirildi  

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Avropa Parlamentində ABŞ Prezidenti Donald Trampın çılpaq təsvir olunduğu 2,6 metr hündürlüyündə qızıl heykəl nümayiş etdirilib.

Qeyri-adi əsərin müəllifi danimarkalı heykəltəraş Yens Qalşyotdur. Heykəldə çılpaq Trampın bir kişinin çiyinlərində oturduğu və əlində qolf dəyənəyi tutduğu təsvir olunub.

“Narıncı taun” adlandırılan əsər “Ədalətsizlik Kralı” kimi də təqdim edilir. Heykəlin mis və 23 karatlıq qızıldan hazırlandığı bildirilir.

Müəllifin sözlərinə görə, əsər ABŞ-ın xarici siyasətinə və iqlim siyasətinə etiraz xarakteri daşıyır.

2,6 metr hündürlüyündə olan heykəlin Avropa Parlamentində nümayiş etdirilməsi diqqət çəkib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki