image-1backend

Avtobus sürücüsü sərnişin qadının nömrəsini götürməyə peşman oldu

image-ads-728x90

Bakının Sabunçu rayonu ərazisində avtobus sürücüsü sərnişin qadına qarşı xırda xuliqanlıq əməli törədib.

Xitab24.az-ın məlumatına görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Belə ki, iş başında Gülzar Məmmədova ilə tanış olan Vasif Güləliyev (ad-soyadlar şərtidir) bir-birinə mobil telefon nömrələrini verib.

Tərəflərin telefon danışığı zamanı qadın Vasifdən onu işdən çıxarkən aparmasını istəyib. Sürücü isə avtobusun qrafiklə işlədiyini, marşrut xəttindən kənara çıxa bilməyəcəyini deyib.

Onların növbəti mübahisəsində V.Güləliyev qadına qarşı xırda xuliqanlıq əməli törədib. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib olunan şəxs 50 manat cərimələnib. O, izahatında qadının nömrəsini götürməyə peşman olduğunu bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki