Türkiyə mətbuatında və sosial şəbəkələrdə İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin sürgün illərinə dair maraqlı material yenidən gündəmə gəlib.
Korrekt.az xəbər verir ki, ABŞ – İran müharibəsi tarixə yenidən nəzər salmaq ehtiyacı yaratdığı üçün ortaya olduqca maraqlı məqamlar çıxır.
Türkiyəli jurnalist Yılmaz Özdilin təqdimatında yayılan bir verilişdə isə Xomeyninin 1964-cü ildə Türkiyəyə sürgün edilmə və ondan sonra keçirdiyi həyat mərhələləri diqqət mərkəzinə çəkilib. Bəlli olduğu kimi, o, əvvəlcə Ankarada saxlanılıb, daha sonra isə Bursa şəhərinə köçürülərək burada MİT nəzarəti altında yaşayıb.

Ayətullah Xomeyninin Bursada qaldığı məşhur ev
Həmin dövrdə Xomeyninin dini geyimdə hərəkət etməsinə məhdudiyyət qoyulub və o, müəyyən müddət “sivil geyimdə” yaşamağa məcbur qalıb. Bu səbəbdən də həmin dövr “Sivil Xomeyni” kimi xarakterizə olunur.

Ayətullah Xomeyninin Bursada, mülki geyimdə çəkilmiş yeganə şəkli
Materialda Xomeyninin Bursa şəhərində MİT polkovnikinin evində qaldığı, gündəlik həyatının isə ciddi nəzarət altında keçdiyi vurğulanır. Eyni zamanda, onun ictimai davranışları və ətraf mühitə münasibəti ilə bağlı müxtəlif epizodlar təqdim olunur.
Korrekt.az mövzuya dair tam verilişin linkini də oxuculara təqdim edir.
Maraqlı tarixdir. Vaxtı az olan kiçik parçanı, çox olan isə tam videonu izləsin.Musavat.com





















