“Yaxın Şərqdə baş verən müharibələr və gərginliklər bitmək bilmir. Bölgədə sülhün nə zaman bərqərar olacağı isə sual altındadır. Hadisələrin gedişi göstərir ki, nə İran, nə də ABŞ bölgədəki gərginliyin dayanmasında maraqlıdır. Çünki hər iki ölkənin öz maraqları var və bu maraqlardan imtina etmək niyyətində deyillər”. – bu fikirləri Arzuman Muradlı səsləndirib.
Politoloqun sözlərinə görə, mövcud geosiyasi vəziyyət fonunda qazanan tərəflərdən biri məhz Azərbaycandır. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan artıq Avropanın əsas enerji təminatçılarından birinə çevrilib.
“Burada əsas məqamlardan biri dövlət başçısının balanslı və uğurlu xarici siyasət kursudur. Həm Rusiya-Ukrayna müharibəsi, həm də İran–ABŞ münasibətlərindəki gərginlik bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir.”-deyə politoloq bildirib.
Politoloq hesab edir ki, yaxın vaxtlarda neftin qiymətində müəyyən artım müşahidə oluna bilər. Bu isə Avropanın Azərbaycana marağını daha da artıracaq.
“İndi Avropada ən çox görüşünə tələsilən prezidentlərdən birincisi İlham Əliyevdir. Çünki Avropa anladı ki, ən etibarlı tərəfdaş Azərbaycan, ən güvənilən lider isə İlham Əliyevdir. ”, — deyə Arzuman Muradlı əlavə edib.





















