image-1backend

Azərbaycan qazının Avstriya və Almaniyaya satışı başlayır

image-ads-728x90

SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.

SOCAR-dan verilən məlumata görə, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki