image-17690826763971351737_1200x630backend

“Azərbaycanın Sülh Şurasına qoşulması beynəlxalq nüfuzunu artırır” – Ekspert  

image-ads-728x90

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sülh Şurasının nizamnaməsinin imzalanması, Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsinə malik bir dövlət olaraq təqdim olunmasını daha da gücləndirir. Bu addım, xüsusilə post-münaqişə dövründə sülh, bərpa və reinteqrasiya proseslərini ön plana çıxaran Azərbaycanın beynəlxalq arenada sülh quruculuğu sahəsində əldə etdiyi təcrübəni paylaşmasına və “sülh təşəbbüslərinin tərəfdarı” kimi konstruktiv və məsuliyyətli bir aktor olaraq tanınmasına imkan yaradır.

İqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, bu addım rəsmi Bakının beynəlxalq legitimliyini və siyasi etibarlılığını artıran əhəmiyyətli bir amildir.

Arzuman Muradlı hesab edir ki,  Davosda formalaşan Sülh Şurasının siyasi liderlər, iqtisadi elitalar və təhlükəsizlik sahəsində əsas qərarverici aktorları bir araya gətirən bir platforma olaraq qlobal siyasi müzakirələrə daxil olma, qeyri-rəsmi diplomatiya kanallarını genişləndirmək və ABŞ ilə Qərb mərkəzli siyasi təşəbbüslərlə əlaqələri möhkəmləndirmək baxımından Azərbaycan üçün əlavə imkanlar yarada bilər.

image-media-1-6gbp34y7rn9zt1xse0uw

“Azərbaycanın bu nizamnaməni imzalaması, qlobal siyasi diskussiyalarda birbaşa iştirak etmək, həmçinin Qərb və ABŞ mərkəzli siyasi təşəbbüslərlə institusional əlaqələrin gücləndirilməsi istiqamətində rəsmi Bakı üçün yeni imkanlar açır”, – deyə Arzuman Muradlı  vurğulayıb.

Arzuman Muradlı bildirib ki,  Azərbaycanın Sülh Şurasında təmsil olunmasının Cənubi Qafqazda regional sabitlik təşəbbüslərində söz sahibi olmaq imkanlarını artıracağını da bildirib.

“Rəsmi Bakı, bu platforma vasitəsilə regional təhlükəsizlik mexanizmləri ilə bağlı təşəbbüslər irəli sürə, post-münaqişə bölgələrində sülh modelləri təklif edə və regional əməkdaşlığın beynəlxalq səviyyədə legitimləşdirilməsinə nail ola bilər. Bu isə o deməkdir ki, Azərbaycan, regional liderlik iddialarını siyasi müstəvidə daha da möhkəmləndirəcək”, – deyə Arzuman Muradlı qeyd edib.

İqtisadçı alim həmçinin qeyd edib ki, sülh və təhlükəsizlik mövzusunda fəal mövqe sərgiləyən dövlətlər, investorlar tərəfindən daha etibarlı tərəfdaş olaraq qəbul edilir.

“Davosda atılan bu addım, Azərbaycana olan investisiya marağını artıracaq, bərpa və inkişaf layihələrinə beynəlxalq maliyyə institutlarının cəlb olunmasını asanlaşdıracaq və iqtisadi diplomatiyanı siyasi diplomatiya ilə uzlaşdırmaq baxımından rəsmi Bakıya əlavə dividendlər gətirəcək.”– deyə Arzuman Muradlı bildirib.

” Azərbaycanın Davosda Sülh Şurasının nizamnaməsini imzalaması, rəsmi Bakıya beynəlxalq nüfuzun artması, qlobal siyasi dialoqlara çıxış, regional təhlükəsizlikdə rolun möhkəmlənməsi və iqtisadi diplomatiyanın genişlənməsi baxımından mühüm imkanlar vəd edir. Bu addımın Azərbaycanın praqmatik, çoxşaxəli və sülh yönümlü xarici siyasət strategiyasının məntiqi davamıdır” -deyə ekspert bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki