image-imagesbackend

Azərbaycanlı məşhur müğənniyə 4 il həbs cəzası verildi

image-ads-728x90

Məşhur azərbaycanlı verdiyi konsertə görə həbs edilib. Əslən azərbaycanlı müğənni  Heyva Seyfizadə Tehranda konsert verdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Korrekt.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, müğənni “əxlaqsızlığın təbliği” ittihamı ilə məhkum olunub.

Heyva Seyfizadə 27 fevral 2024-cü ildə Tehranda yerləşən “Ruberu” zalında konsert verdiyi zaman saxlanılıb. O, bir müddət sonra girov müqabilində məhkəmə prosesinin sonunadək sərbəst buraxılıb.

İranda qadınların ictimai yerlərdə solo çıxışlarına qarşı məhdudiyyətlər uzun müddətdir tətbiq olunur. Qadın müğənnilər əsasən yalnız qadınlardan ibarət auditoriya qarşısında çıxış edə bilirlər.

Seyfizadənin məhkum edilməsi də İranda qadın sənətçilərin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki