Bakıda gecə klubunda qardaşı arvadını şüşə parçası ilə vurararaq ona xəsarətlər yetirən Vəli Cumayevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonunda yerləşən “Carona Club”da baş verib.
Belə ki, V.Cumayev mütəmadi olaraq tanışının işlətdiyi kluba gedib və bu zaman orada qardaşının həyat yoldaşı ilə rastlaşıb.
Vəlinin ifadəsinə görə, qadının həmin klubda ofisiant kimi çalışmasını qəbul edə bilməyib və buna görə də qəzəblənib.
Şüşə parçası ilə qadına çoxsaylı xəsarətlər yetirən Vəli polis tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə V.Cumayev 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Onu da da qeyd edək ki, Vəlinin qardaşı da hazırda həbsdədir. Onun qardaşı 2021-ci ildə qəsdən sağlamlığa zərər vurma və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.





















