image-1backend

Bakıda tələbə faciəvi şəkildə öldü

image-ads-728x90

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.

Korrekt.az xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.

Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Anar oğlu Əhmədov hadisə yerində ölüb.

O, universitetin “Turizm və qonaqpərvərlik” fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış.(“Qafqazinfo”)



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki