image-hq720-1backend

“Barselona” bu vunderkindi transfer etdi 

image-ads-728x90

İspaniyanın “Barselona” klubu Belçikanın “Brügge” komandasında çıxış edən 18 yaşlı cinah oyunçusu Cessi Bisiunun transferi ilə bağlı razılıq əldə edib.

Korrekt.az xəbər verir ki, məlumatı tanınmış transfer insayderi Fabritsio Romano yayıb.
Məlumata görə, tərəflər arasında razılaşma artıq təsdiqlənib və hazırda tibbi müayinədən əvvəl son sənədlərin qarşılıqlı mübadiləsi həyata keçirilir.

Transferin məbləği 8,5 milyon avro təşkil edir. Razılaşmaya əsasən, “Brügge” futbolçunun gələcək satışından 20 faiz pay əldə edəcək.

Bildirilir ki, Cessi Bisiu idman direktoru Dekunun israrla heyətə qatmaq istədiyi futbolçulardan biridir və onun yaxın günlərdə transferi rəsmən başa çatdırmaq üçün Barselonaya yollanacağı gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki