image-1backend

Baş nazirin toxunulmazlığı ləğv edildi: Telefon oğurlayıb…

image-ads-728x90

Macarıstan Parlamenti Baş nazir Peter Madyarın parlament toxunulmazlığını dayandırıb.

Təşəbbüsü 139 parlament üzvü dəstəklədi, əleyhinə və bitərəf səs verən olmayıb.

Korrekt.az xəbər verir ki, Macarıstan Baş naziri “mobil telefon oğurlamaqda” ittiham olunur.

Hadisə 2024-cü ilin iyun ayında Budapeşt klublarından birində baş verib. Madyar onu çəkən bir kişi ilə münaqişəyə girib. Siyasətçi onun telefonu qapıb, çölə qaçaraq onu Dunay çayına atıb.

Qeyd etmək lazımdır ki, Macarıstan Baş Prokurorluğu Parlamentə Peter Madyarın, eləcə də digər iki parlament üzvünün (keçmiş hökumət nazirləri Balaz Hanko və Mikloş Şestak) toxunulmazlığının ləğvi üçün ərizə təqdim edərkən Madyar özü toxunulmazlığın ləğvi ilə bağlı dərhal səsvermə keçirmək və prosesi gecikmədən həll etmək üçün Parlamentin fövqəladə iclasını çağırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki