image-1backend

“Bayraktar Kızılelma”-dan tarixi uğur:  F-16 VURULDU – VİDEO

image-ads-728x90

Türkiyə ordusu simulyasiya edilmiş hava döyüşü zamanı hava hədəfini uğurla vuran “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsini sınaqdan keçirib.

Korrekt.az xəbər verir ki, təyyarə Türkiyənin Tekirdağ vilayətində təlim layihəsindən havaya qalxaraq 45 dəqiqəlik uçuşu başa vurub. Havada  “Bayraktar Kızılelma”nın və “F-16” döyüş təyyarəsinin radarları və döyüş sistemlərinin uyğunluğu yoxlanıldı.

Sınaqların mühüm elementi təyyarə, radar və raket arasında əlaqə sistemlərinin yoxlanılmasıdır.

“Bayraktar Kizilelma” ilk sınaq uçuşunu 2022-ci ilin dekabrında edib. Bu hərbi pilotsuz uçan aparat qısa uçuş-enmə zolaqlarında fəaliyyət göstərə bilir və Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı “Anadolu” üzərində qurulub.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki