image-square_1280_webp_a3d2413a53968949591c99de3e53beedbackend

Bayraktar Kızılelma qırıcısı bu sınaqdan uğurla çıxdı: Havadakı hədəflər məhv EDİLDİ

image-ads-728x90

Türkiyənin müdafiə sənayesi daha bir uğura imza atıb. Korrekt.az xəbər verir ki, Baykar Makina şirkətinin istehsalı olan reaktiv, süpersonik və aşağı radiolokasiya görünürlüğünə malik pilotsuz qırıcı Bayraktar Kızılelma sınaqlar zamanı ilk dəfə olaraq havadakı hədəfi məhv edib.

Sınaqların Sinop poliqonunda keçirildiyi bildirilir. Təcrübə uçuşu zamanı reaktiv mühərrikli xüsusi hədəf təyyarə havaya buraxılıb. Kızılelma üzərində quraşdırılan ASELSAN MURAD AESA tipli radar hədəfi aşkar edərək izləyib və pilotsuz qırıcı onu yüksək dəqiqliklə “hava–hava” raketi ilə vurub.

İstehsalçı şirkət vurğulayıb ki, indiyədək heç bir digər pilotsuz platforma havada uçan obyektə qarşı uğurlu zərbə endirə bilməyib. Bu nəticə Kızılelma-nın hava döyüşü qabiliyyətinə malik yeni nəsil PUA kimi önə çıxmasına səbəb olur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki