image-1backend

Bazarlarda yeni bahalaşma dalğası: Səbəb nədir?

image-ads-728x90

Son günlər bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunur. Bahalaşmanın qeyri-sabit hava şəraiti ilə əlaqələndirilməsi ilə bağlı müxtəlif fikirlər səslənsə də, ekspertlər hesab edirlər ki, qiymət artımının əsas səbəbi mövsümi amillərdən daha çox iqtisadi proseslərlə bağlıdır.

Bəs mövcud bahalaşmaya nə təsir edir və bu tendensiya nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qiymət artımlarını əsasən hava şəraiti ilə əlaqələndirmək düzgün deyil.

Xalid Kərimli

Onun sözlərinə görə, ölkədə müşahidə edilən inflyasiya prosesləri kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksəlməsinə səbəb olur.

“Hazırda havalar normal keçir. Qiymət artımının əsas səbəbi hava şəraiti deyil. Ölkədə inflyasiya davam edir. Tarif (qiymət) Şurasının qərarları ilə demək olar ki, hər il yanacaq qiymətləri artır. Bunun nəticəsində daşınma və emal xərcləri də yüksəlir. Eyni zamanda kənd təsərrüfatında məhsuldarlıq ciddi şəkildə artmır, yəni əvvəlki illərlə müqayisədə daha çox məhsul istehsal olunmur. Nəticədə istehsal xərclərinin yüksəlməsi qiymətlərə də öz təsirini göstərir”, – deyə iqtisadçı qeyd edib.

X.Kərimli əlavə edib ki, bəzi məhsul növlərində qiymət artımı daha nəzərəçarpan olsa da, ümumilikdə kənd təsərrüfatı məhsullarında qeyri-adi bahalaşma müşahidə edilmir.

“Bu, hər il müşahidə olunan iqtisadi amillərin nəticəsidir. İnflyasiya və istehsal xərclərinin artması fonunda qiymət artımlarının gələn il də davam etməsi gözlənilir”, – deyə o, vurğulayıb.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki