Dünya Kubokunun 1/16 final mərhələsində ABŞ-ın Sietl şəhərində Seneqal komandası ilə qarşılaşan Belçika millisi əlavə vaxtda 3:2 hesabı ilə qəti qələbə qazandı.
25-ci dəqiqədə Seneqal millisinin və İngiltərənin “Sanderlend” klubunun 22 yaşlı yarımmüdafiəçisi Həbib Diarra hesabı açdı.
51-ci dəqiqədə İngiltərənin “Kristal Palas” klubunun 28 yaşlı hücumçusu İsmaila Sarr Seneqalın üstünlüyünü ikiqat artırdı.
86-cı dəqiqədə İtaliya “Napoli”sinin 33 yaşlı hücumçusu Romelu Lukaku hesabı azaldıb.
89-cu dəqiqədə İngiltərənin “Aston Villa” klubunun 29 yaşlı yarımmüdafiəçisi Yuri Tilemans bərabərliyi bərpa etdi.
Əlavə vaxtın 5-ci dəqiqəsində Yuri Tilemans təyin olunan penaltini dəqiq yerinə yetirdi.
Belçika 1/8 finalda ABŞ-Bosniya və Herseqovina matçının qalibi ilə qarşılaşacaq.
Dünya Kuboku 2026, 1/16 final
Belçika – Seneqal: 3:2 (əsas vaxt: 2:2, əlavə vaxt: 1:0) ( video )
Romelu Lukaku, 86, Youri Tielemans, 89, 120+5, 11 m – Həbib Diarra, 25, İsmaila Sarr, 51





















