image-fb_img_1782923530146backend

Bərdə Peşə Təhsil Mərkəzinin tələbəsi Çində keçirilən beynəlxalq yarışda Azərbaycanı təmsil edir – FOTOLAR 

image-ads-728x90

Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Rauf Mirzəyev Çin Xalq Respublikasında keçirilən CICA Beynəlxalq Peşə Bacarıqları Yarışında Azərbaycanı təmsil edir.
Mərkəzdən verilən məlumata görə, “Dronların təmiri və texniki xidməti üzrə mütəxəssis” ixtisasında təhsil alan Rauf Mirzəyev yarışda həm təhsil müəssisəsini, həm də ölkəmizi təmsil edir.
Beynəlxalq yarış iştirakçıların pilotsuz uçuş aparatları (PUA) sahəsində nəzəri bilik və praktiki bacarıqlarını qiymətləndirir. Müsabiqə çərçivəsində iştirakçılar PUA-nın tam yığılması, sistemin sazlanması və tənzimlənməsi, eləcə də pilotsuz uçuş aparatının istismarı və idarə edilməsi üzrə bacarıqlarını nümayiş etdirirlər.
Bərdə Dövlət Peşə Təhsil Mərkəzi tələbəsinə yarışda uğurlar arzulayaraq, onun beynəlxalq arenada Azərbaycanı və ölkənin peşə təhsilini yüksək səviyyədə təmsil edəcəyinə inamını ifadə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki