ABŞ-nin maliyyə naziri Skot Bessent İranın BMT-dəki nümayəndə heyətinin ölkəyə necə qayıdacağı ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, Bessent “Fox News”a bildirib ki, İrandan həyata keçirilən beynəlxalq uçuşların 80-90 faizindən çoxunun dayandırıldığını ehtimal edir. O, “İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndələrinin vətənə necə qayıdacaqlarını bilmirəm” deyib.
ABŞ-nin maliyyə naziri həmçinin İranla əməkdaşlıq edən maliyyəçilərə, biznes tərəfdaşlarına və təchizatçılara xəbərdarlıq edib. Bessent “Biz sizin kim olduğunuzu bilirik; siz də özünüzün kim olduğunuzu bilirsiniz” deyərək, ABŞ-nin həmin şirkətlərə və onların bank hesablarına qarşı gündəlik və həftəlik əsasda tədbirlər görəcəyini bildirib.





















