image-1backend

“Bir gün gələcəyəm… Amma indi yox” – Cəsur kəşfiyyatçımızın atasına SON SÖZÜ

image-ads-728x90

Bu gün Ağdam rayonunun Gülablı kəndində anadan olmuş cəsur kəşfiyyatçı, şəhid Bahadur Quliyevin doğum günüdür. Yaşasaydı, 52 yaşı tamam olacaqdı.

Korrekt.az  xəbər verir ki, cəsur kəşfiyyatçı Quliyev Bahadur Sehriman oğlu 25 may 1974-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

31.05.1984-cü ildə Ağdam rayonu, Qurban Pirimov Adına Gülablı kənd orta məktəbini bitirib. Atası Rusiya vətəndaşı olduğu üçün orta təhsilini bitirib, sonra ailəsi ilə birlikdə Rusiyanın Volqoqrad vilayətinə köçürlər. İşğaldan öncə Bahadurgil ailədə 6 uşaq olublar – 5 qardaş və 1 bacı. Bahadur ailənin 3-cü övladı idi. Bahadurun hərbi xidmətə marağı böyük olub. O da digər qardaşları kimi Rusiya ordu sıralarına çağırılır və Rusiyanın Kazan şəhərində 1 ay hərbi xidmət keçir. Bahadur Rusiya ordusunda xidmət etməkdən imtina edərək Azərbaycana gəlməyi tələb edir. Həmin vaxtlar Azərbaycanda ermənilər tərəfindən elan olunmamış müharibə başlamışdı. Bahadurun bu hərəkətlərindən xəbər tutan atası ona “2 qardaşın Azərbaycan ordusundadır, sən isə bizimlə qal” deyir. Bahadur təkidlə söyləyir ki, Azərbaycana getməlidir.

Bahadurun atasına son sözü bu olur:

“Məni saxlamayın, fikrim qətidir, getməliyəm. Ata, boş yerə məni Volqoqrada köçürdün. Mən öz vətənimdə qulluq edib könüllü şəkildə hərbçi olmaq istəyirəm”.

Bahadur bir həftə Volqoqradda qaldıqdan sonra hərbi formada Azərbaycana gələn yük maşınları ilə Ağdama qayıdıb. Daha sonra Ağdamda yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başlayıb. Qısa müddətdə döyüş yoldaşlarının hörmətini qazanan Bahadur bir sıra təhlükəli əməliyyatlarda iştirak edib.

Atası sonuncu dəfə ona pul göndərərək evə qayıtmasını istədikdə isə Bahadur belə cavab verib:

“Bir gün mütləq gələcəyəm… Anamı da, səni də görəcəyəm. Amma indi yox…”

1995-ci il aprelin 17-də N saylı hərbi hissənin komandiri tərəfindən düşmən mövqeləri barədə mühüm məlumatların əldə olunması üçün xüsusi tapşırıq verilib. 5 nəfərlik kəşfiyyat qrupu yaradılıb. Qrupa “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı Səyyaf Fiqan oğlu Əhmədov rəhbərlik edib. Qrupun digər üzvləri Siyavuş Alxan oğlu Hacıyev, Cəfər Əliyev, Ramil Əkbərov və Bahadur Quliyev olublar.

Kəşfiyyat əməliyyatı zamanı Ağdamın Çıraqlı kəndi istiqamətindən Baş Qərvənd kəndinə doğru hərəkət edən qrup mina təhlükəsi ilə üzləşib. Piyada əleyhinə minanın partlaması nəticəsində Bahadur ağır qəlpə yaraları alaraq şəhid olub.

Döyüş yoldaşları onun nəşini neytral ərazidən çıxararaq 17 aprel 1995-ci ildə Ağdam rayonunun Xındırıstan kənd qəbiristanlığında torpağa tapşırıblar.

Bahadur_Q-675x887.jpg (52 KB)

Bahadur_Quliyev.jpg (37 KB)

Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki