image-1backend

BMT-dən  İrana çağırış: mühəndis xanımın edamını dayandırın

image-ads-728x90

Dünən BMT-nin insan haqları üzrə ekspertləri İran hakimiyyətini Rəştdəki Lakan zindanında saxlanılan 67 yaşlı elektrik mühəndisi Zəhra Şahbaz Təbərinin edamını dərhal dayandırmağa və onun azadlığa buraxılmasına çağırıblar.

Korrekt.az xəbər verir ki, bəyanatda bildirilib ki, Təbərinin edamı beynəlxalq insan haqları normalarına ziddir. Bu çağırışa dünyanın müxtəlif ölkələrindən olan BMT ekspertləri və nüfuzlu qadın hüquqları müdafiəçiləri də qoşulub.

O, “Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıq”da ittiham olunub. (Radio France Internationale)

Qeyd edək ki, aralarında dörd Nobel mükafatı qalibi, eləcə də bir sıra sabiq prezident və baş nazirlərin olduğu 400-dən çox tanınmış qadın İranı adambaşına düşən edam göstəricisinə görə qadınların edamında dünyada birinci ölkə kimi xarakterizə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki