image-1backend

Britaniyadan  İrana xəbərdarlıq: “Düşmənçilik fəaliyyətlərinə dözməyəcəyik”

image-ads-728x90

Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə İranla əlaqəli qrupların Britaniya ərazisində həyata keçirdiyi “hədə-qorxu, təhdid və ya düşmənçilik fəaliyyətlərinə” dözməyəcəklərini bildirib.

Korrekt.az xəbər verir ki, “Sky News”un məlumatına görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub. Lammi Britaniyanın İranla əlaqəli qruplardan qaynaqlanan təhdidlərə qarşı mübarizə aparmaq əzmində olduğunu vurğulayıb.

Tərəflər, habelə, Yaxın Şərqdəki müharibəni və Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini müzakirə ediblər. Bununla yanaşı, “Reuters” Britaniya Xarici İşlər Nazirliyinin görüşlə bağlı şərh sorğusuna cavab vermədiyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki