image-1backend

Bu Azərbaycanın strateji mövqeyini və enerji təhlükəsizliyində rolunu önə çıxarır – Politoloq

image-ads-728x90

“Yaxın Şərqdə davam edən gərginlik getdikcə daha təhlükəli mərhələyə qədəm qoyur və vəziyyətin nəzarətdən çıxmaq ehtimalı artır. Xüsusilə Hörmüz boğazının həm ABŞ, həm də İran tərəfindən ikitərəfli blokadaya alınması regionda təhlükəsizlik balansını ciddi şəkildə pozur və qlobal iqtisadiyyat üçün də risklər yaradır.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, sözügedən gərginlik yalnız Yaxın Şərq ölkələri ilə məhdudlaşmır, eyni zamanda digər regionlara, xüsusilə də enerji asılılığı yüksək olan dövlətlərə mənfi təsir göstərir.

“Bu vəziyyət beynəlxalq ticarət yollarına, enerji daşıyıcılarının qiymətinə və ümumilikdə qlobal sabitliyə birbaşa təsir edən amillərdən biridir. Avropa ölkələri də yaranmış vəziyyətdən ciddi narahatlıq keçirirlər. Bu kontekstdə Almaniya kanslerinin Hörmüz boğazının bağlanmasının regionda Azərbaycanın əhəmiyyətini artırdığına dair fikirlər səsləndirməsi diqqət çəkir. Bu cür açıqlamalar Azərbaycanın strateji mövqeyinin və enerji təhlükəsizliyində oynadığı rolun getdikcə daha çox ön plana çıxdığını göstərir.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, mövcud şəraitdə Avropa ölkələri alternativ enerji və nəqliyyat marşrutları axtarışında Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər.

Onun sözlərinə görə, Azərbaycan bu mürəkkəb geosiyasi şəraitdə etibarlı tərəfdaş kimi çıxış edərək həm regionda, həm də daha geniş miqyasda sabitliyə töhfə verə biləcək əsas aktorlardan biridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki