“İran və ABŞ arasında planlaşdırılan danışıqların nəticəsiz qalması regionda genişmiqyaslı hərbi qarşıdurma riskini artırır. Son günlər Oman körfəzi ətrafında gərginlik pik həddə çatıb və bu, tərəflər arasında münasibətlərin daha da kəskinləşdiyini göstərir.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, ABŞ hərbi dəniz qüvvələrinə məxsus USS Spruens gəmisi İran bayrağı altında üzən “Tuska” yük gəmisinə müdaxilə edib.
“Bu gərginliyi daha da artırıb. Bu gün Pakistanda keçiriləcək danışıqlar bu gərginliyi aradan qaldıra bilər. Hesab edirəm ki, danışıqlar nəticə verməsə regionu daha dəştəli savaş gözləyir. “– deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, artıq İranda əhali savaş istəyir və bu da olduqca təhlükəlidir.
“Tehranda keçirilən kütləvi aksiyalar da ictimai rəyin sərtləşdiyini göstərir. Minlərlə insan hökumətə dəstək nümayiş etdirərək ABŞ-a qarşı etimadsızlıq ifadə edib və mümkün hərbi qarşıdurmaya hazır olduqlarını bildirib. Bu ABŞ-ın regionda tam güc sahibi olmaq iddiasını da məhv edir. Müharibədən öncə daha çox əhali ABŞ-ın nümayişçilərə dəstəyini alqışlayırdı. Amma indi insanlar rəsmi Tehrana dəstək verirlər. “- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, mümkün müharibənin iqtisadi yükü də olduqca ağırdır.
“ABŞ-ın cəmi 50 günlük aktiv döyüş əməliyyatlarına xərclədiyi vəsait artıq 56 milyard dolları keçib. Bu isə qarşıdurmanın həm regional, həm də qlobal miqyasda ciddi nəticələr doğura biləcəyini göstərir.”- deyə Arzuman Muradlı bildirib.





















