image-1backend

Bu filmləri izləyənlər edam ediliblər – Şimali Koreyadan qəribə addım

image-ads-728x90

Pandemiyadan bəri Şimali Koreyada edamların sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Bu barədə AFP-nin hesabatında bildirilir.

Qeyd olunur ki, ölkə 2020-ci ilin yanvar ayında Covid-19-un yayılmasının qarşısını almaq üçün sərhədlərini bağlayarkən təhlükəsizlik tədbirlərini də artırıb. Keçid Ədliyyə İşçi Qrupunun hesabatına görə, sərhədlərin bağlanmasından bəri təxminən beş il ərzində edamların və ölüm hökmlərinin sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Eyni dövrdə ölüm hökmü verilən məhbusların sayı da üç dəfədən çox artıb.

Hesabatda araşdırılan ən azı 144 edam hadisəsinə əsasən, pandemiyadan sonrakı dövrdə xarici mədəniyyət fəaliyyətlərinə, xüsusən də Cənubi Koreya filmlərinin, seriallarının və musiqisinin istehlakına görə verilən ölüm hökmlərində əhəmiyyətli dərəcədə artım olduğu bildirilib.

Həmçinin, lider Kim Çen Inı tənqid etmək kimi siyasi cinayətlərə görə ölüm hökmlərinin də artdığı bildirilib.

Bildirilib ki, edamların əksəriyyəti ictimai yerlərdə və əsasən güllələnmə dəstəsi tərəfindən həyata keçirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki