Türkiyə millisinin və İtaliyanın “İnter” klubunun ulduz yarımmüdafiəçisi Hakan Çalhanoğluna bir neçə tanınmış klub maraq göstərir.
Təcrübəli futbolçunu heyətinə qatmaq istəyən komandalar sırasında Türkiyənin “Qalatasaray”, İtaliyanın “Yuventus” və “Komo”, eləcə də İngiltərənin “Tottenhem” klubları yer alır.
Qeyd edək ki, Hakan Çalhanoğlunun gələcək karyerası ilə bağlı yekun qərarını qarşıdakı transfer pəncərəsi dövründə verəcəyi gözlənilir.





















