image-1backend

Bu içki qaraciyəri səssizcə MƏHV EDİR – Spirtli deyil

image-ads-728x90

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tərkibində spirt olmayan bəzi içkilər də həddindən artıq istehlak edildikdə qaraciyər sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərlə zəngin qazlı və şirinləşdirilmiş sərinləşdirici içkilərin müntəzəm qəbulu qaraciyərdə piylənmə riskini artıran əsas amillərdən biri hesab olunur.

Korrekt.az  xəbər verir ki, həkimlərin sözlərinə görə, yüksək miqdarda əlavə şəkər, xüsusilə də fruktoza tərkibli içkilər qaraciyərdə yağ toplanmasına səbəb ola bilər. Bu proses zamanla alkoqolsuz qaraciyər piylənməsi xəstəliyinin inkişafına, iltihabın yaranmasına və bəzi hallarda qaraciyərin funksiyasının pozulmasına gətirib çıxara bilər.

Araşdırmalar göstərir ki, hər gün şəkərli qazlı içkilərin qəbul edilməsi piylənmə, insulin müqaviməti və 2-ci tip diabet riskini də artırır. Bu xəstəliklər isə dolayısı ilə qaraciyərə əlavə yük yaradır.

Mütəxəssislər bildirirlər ki, qaraciyəri qorumaq üçün şəkərli sərinləşdirici içkilərin istehlakını məhdudlaşdırmaq, kifayət qədər su içmək, balanslaşdırılmış qidalanmaq və müntəzəm fiziki aktivliklə məşğul olmaq tövsiyə olunur.

Həkimlər vurğulayırlar ki, qaraciyər xəstəliklərinin ilkin mərhələləri əksər hallarda heç bir əlamət vermədən inkişaf edə bilər. Bu səbəbdən risk qrupuna daxil olan şəxslərin vaxtaşırı tibbi müayinədən keçməsi və qaraciyərin vəziyyətini qiymətləndirən analizlər etdirməsi vacib hesab olunur.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki